Mərkəzi Bankın sədri BVF-nin nümayəndə heyəti ilə görüşüb

merkezi-bankin-sedri-bvf-nin-numayende-heyeti-ile-gorusub
Oxunma sayı: 642

Mərkəzi Bankdan “Qafqazinfo” ya verilən məlumata görə, görüşdə ötən ilin yekunu üzrə iqtisadi vəziyyət, 2013-cü il üçün makroiqtisadi proqnozlar və Mərkəzi Bankın pul-məzənnə siyasəti çərçivəsi, Azərbaycanın bank sektorunun vəziyyəti, həmçinin Azərbaycanda növbəti dövr üçün Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının (FSAP) həyata keçirilməsinə hazırlıq tədbirləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüş ərəfəsində ölkədə iqtisadi sabitliyin qorunub saxlanılması və inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlərin BVF tərəfindən dəstəkləndiyi vurğulanıb.
Missiya müddəti ərzində nümayəndə heyəti üzvləri ilə Mərkəzi Bankın aidiyyatı struktur bölmələri arasında pul siyasəti və bank sektoru ilə bağlı məsələlər üzrə görüşlərin də keçiriləcəyi nəzərdə tutulub.

Nigar Məmmədli