Mərkəzi Bankın sədri rüşvətə görə həbsə düşdü - İstefa verməyəcək

merkezi-bankin-sedri-rusvete-gore-hebse-dusdu
Oxunma sayı: 2244

Rüşvət almaqda ittiham olunaraq Korrupsiya ilə Mübarizə Bürosu tərəfindən saxlanılan Latviya Mərkəzi Bankının sədri istefa vermək istəmir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin baş bankiri İlmar Rimşeviç bu gün keçirilən mətbuat konfransında bildirib ki, Mərkəzi Bankın sədri olaraq vəzifəsinin icrasına davam etməklə bağlı qərar alıb. 

Rimşeviç, eyni zamanda bildirib ki, onu öldürməklə təhdid edirlər: “Aydındır, mən Latviyada kimlərisə narahat etməyə başlamışam. Məni öldürməklə təhdid edirlər. Bu haqda hüquq mühafizə orqanlarını məlumatlandırmışam”. 

Qeyd edək ki, baş bankir 48 saatlıq həbsdən sonra ötən gün 100 min avro girov qoyaraq azadlığa çıxıb. 

Rimşeviç küllü-miqdarda rüşvət almaqda ittiham olunur. Rüşvətin həcmi 100 min avro civarında olub.