Mərkəzi Bankın valyuta ehtiyatları açıqlandı

merkezi-bankin-valyuta-ehtiyatlari-aciqlandi
Oxunma sayı: 2224

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən AMB-nin sədri tədiyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaratdığını bildirib.

O qeyd edib ki, strateji ehtiyatlar 2017-ci ilin əvvəlinə nəzərən 4,2 milyard dollar artaraq ilin sonuna 42 milyard ABŞ dolları təşkil edib. Valyuta ehtiyatları isə 34% artaraq ilin sonuna 5,3 mlrd. ABŞ dolları təşkil edib:

“Çıxışda qeyd edildi ki, xarici şoklara adekvat olaraq həyata keçirilmiş siyasət tədbirləri nəticəsində 2017-ci ildə yeni makroiqtisadi sabitlik çərçivəsi formalaşdırılıb, ölkənin xarici və daxili balansı yaxşılaşmağa başlayıb. Bu prosesdə Maliyyə Sabitliyi Şurası makroiqtisadi koordinasiya üçün effektiv platforma rolunu oynayıb”, - deyə E.Rüstəmov sözlərinə əlavə edib.