Mərkəzi Klinikanın həyətindən 14 ağac çıxarıldı

Mərkəzi Klinikanın həyətindən 14 ağac çıxarıldı
Oxunma sayı: 173

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müraciət əsasında Nazirliyin tabeliyində olan “Azəryaşlandşaft” ASC-nin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib və tikinti altına düşən 14 ədəd ağac xüsusi texnikanın köməyi ilə qanunvericiliyə uyğun qaydada başqa əraziyə köçürülüb.

Təəssüf ki, bir sıra hallarda müəssisə və təşkilatlar ərazilərində tikinti işləri aparılan zaman tikinti altına düşən ağacların başqa əraziyə köçürülməsi mümkün olduğu halda, vəziyyətdən çıxış yolunu ağacları kəsməkdə görürlər. Bəzi Kütləvi İnformasiya Vasitələrinin jurnalistləri isə belə hallarda həmin əraziyə cavabdeh olan şəxsləri məsuliyyətdən bir növ kənarda qoymağa çalışır, Ekoloqları qınamağı üstün görürlər.
Qeyd edək ki, idarə, təşkilat və müəssisələrə aid ərazilərdə tikinti-yenidənqurma işləri aparılan zaman tikinti sahəsinə düşən ağacların mühafizəsi həmin əraziyə cavabdeh olan hüquqi və fiziki şəxslərə məxsusdur. Mövcud qanunvericiliyə uyğun olaraq idarə və təşkilatlara məxsus ərazilərdən ağacların köçürülməsi, yalnız həmin qurumun ETSN-yə müvafiq rəsmi müraciəti əsasında, xüsusi razılıq olduğu zaman həyata keçirilir. Əks təqdirdə, yəni ərazidə ağaclar kəsilərsə Nazirlik tərəfindən qanunamüvafiq qaydada tədbirlər görülür.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi