Məryəm Misirə ərə gedir - Fotolar

meryem-misire-ere-gedir
Oxunma sayı: 2467

Avqust ayından bəri misirli aktyor Bassel Alzaro ilə eşq yaşayan Məryəm Uzərli sevgilisindən evlilik təklifi alıb. 

“Qafqazinfo” xəbər verir ki, qızı Laranın atası Can Atəş və Alp Özcanla münasibətlərində yara alan və “Doğru adamı seçə bilmirəm” deyə açıqlama verən aktrisa toya hazırlaşır. 

Bundan başqa türkiyəli ulduz həftənin əvvəlində Dubaya sevgilisinin yanına gedərək sürprizlə qarşılaşıb.

31 yaşlı aktyor Məryəmə axşam yeməyində sözügedən təklifi edib. 34 yaşlı aktrisa Alzaronun təklifinə “hə” deyib. 

Daha sonra evə gedən Uzərli avtomobildə videosunu çəkib və tək qaş üzüyününü görüntüsünü izləyiciləri ilə bölüşüb.