Məryəm ona görə geri qayıdır

meryem-ona-gore-geri-qayidir
Oxunma sayı: 1507


“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “tükənmişlik sindromu” diaqnozu ilə Türkiyəni tərk edib vətəni Almaniyaya qayıdan və orda keçmiş sevgilisi Can Atəşdən Lara adlı qız uşağını dünyaya gətirən Məryəm Uzerli artıq İstanbulda yaşayacaq. Onun bu qərarı verməsində köməkçi isə tanınmış aparıcı və prodüser Acun Ilıcalı olub. 

Uzerlinin yeni mövsümdə Ilıcalıya məxsus “TV8”də ekrana çıxacağı və “Yetenek sizsiniz, Türkiye” proqramının münsifi olacağı bildirilir.