Məsciddə 49 müsəlmanı belə qətlə yetirib - Dəhşətli video

mescidde-49-muselmani-bele-qetle-yetirib
Oxunma sayı: 8759

Yeni Zelandiyada 49 nəfərin ölümü, 48 nəfərin yaralanması ilə nəticələnən terror aktını törədən şəxslə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, onun Şotlandiya əsilli Avstraliya vətəndaşı, 28 yaşlı Brenton Tarrant olduğu məlum olub. 

O,  canlı yayımı qoşaraq Kraystçerç şəhərində Əl-Nur və Lindvud məscidlərinə hücum anını lentə alıb. Görüntülər sosial şəbəkədə yayılıb.

Brenton terrakt zamanı beş ədəd silahdan istifadə edib. Hadisədən sonra polis tərəfindən hadisə yerinə baxış keçirilən zaman silahların üzərində dünyanın müxtəlif ölkələrində müsəlmalara qarşı hücum həyata keçirən şəxslərin adlarının qeyd olunduğu müəyyənləşib.