Məscidə atəş açandan sonra həyatı dəyişmiş amerikalı - Video

mescide-ates-acandan-sonra-heyati-deyismis-amerikali
Oxunma sayı: 2611

2015-ci il Paris hücumlarına görə hiddətlənən sabiq ABŞ hərbçisinin evinin yaxınlığındakı məscidə atəş açdıqdan sonra bütün həyatı dəyişib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, təəssüf hissi keçirən Ted Hakey törətdiyi əmələ səbəb olmuş nifrətin sosial mediadan qaynaqlandığını söyləyir.

O, əməlinə görə, 6 ay həbsdə qalıb. Lakin, həbsdən çıxdıqdan sonra məscidə gedərək hər kəsdən üzr istəyib.

Hazırda Ted məscidin imamı və digər müsəlmanlarla dostdur. Onlar birlikdə bir çox işlər görməyə başlayıblar.