“Məscidi-Əqsa”da izdiham

mescidi-eqsada-izdiham
Oxunma sayı: 650

İsrailin Qüdsdəki “Məscidi-Əqsa”nın girişindəki bütün bariyerləri aradan qaldırmasından sonra məsciddə izdiham yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məbədin qarşısındakı metal detektorlardan sonra bu gün mühafizə kameraları və digər bariyerlər də ləğv edilib. Bununla da “Məscidi-Əqsa”nın qarşısında keçirilən etiraz aksiyası dayandırılıb. Qısa zaman ərzində yüzlərlə müsəlman məbədə axın edib. Daha sonra məsciddə toplu şəkildə namaz qılınıb. 

Xatırladaq ki, İsrailin 16 iyuldan “Məscidi-Əqsa”nın girişinə quraşdırdığı metal detektorlar iyulun 25-də ləğv edilib.

Aysel Kərimova