Məscidi yandıran Milli Qəhrəmanın oğlu imiş- - Foto

mescidi-yandiran-milli-qehremanin-oglu-imis-
Oxunma sayı: 7505


Qaraçuxur məscidini yandırmaqda şübhəli bilinərək saxlanılanlardan biri Namiq Nəsibov Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur.

Bu barədə məlumatı N. Nəsibovun yaxınları Movqe.az-a veriblər. Xatırladaq ki, N. Nəsibov Suriyada könüllü həkim kimi fəaliyyət göstərib. İxtisasca həkim olan Kürdüstan Qızıl Aypara Cəmiyyətinin (Heyva Sor Kurd) xəti ilə "Emel”(Umid) xəstəxanasında təcili təxirəsalınmaz tibbi yardımda işləyən könüllülrəin sırasına qoşulub.2001-2013 Baki Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışıb. 

"Qafqazinfo" xəbər verir ki, bir müddət öncə də Namiq Nəsibov medianın gündəminə gəlmişdi. O, PKK lideri Abdulla Öcalanın şəkli olan köynəyi geyinərək onun təbliğatını aparırdı. Həmin foto sosial şəbəkələrdə geniş müzkairələrə səbəb olmuşdu.

Xatırladaq ki, bir neçə saat əvvəl Azərbaycan MTN-i bu barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar. Namiq Nəsibovun üzərindən «Makarov» tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən «Smit-Vesson» markalı revolver aşkar edilərək götürülüb.