Məscidlərdə əlillər üçün xüsusi şərait yaradılır

mescidlerde-eliller-ucun-xususi-serait-yaradilir
Oxunma sayı: 633

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin Din İşlər Nazirliyi (DİN) ölkənin bütün mərkəzi məscidlərində əlillər üçün xüsusi şərait yaradacaq. DİN rəhbəri Mehmet Görməz əlil vətəndaşların məscidlərdə bir çox problemlə üzləşdiklərini deyərək, yeni tədbirlərin qısa müddət ərzində həyata keçiriləcəyini bildirib.

Görməzin sözlərinə görə, yeni xidmətlər çərçivəsində məscidlərdə əlillər üçün liftlər quraşdırılacaq, məscidlərə xüsusi toxumalı xalılar döşənəcək, əlil vətəndaşların namaz vaxtı səf tuta bilməsi üçün müəyyən tədbirlər görüləcək. Habelə nazir məscidin həyətində əlillər üçün ayrıca tualetlər tikiləcək, habelə həyətdə və məscid daxilində belə vətəndaşların maneəsiz hərəkətinin təmin edilməsi üçün istiqamətləndirici işarələr də quraşdırılacaq.

Mövzu ilə bağlı xəbərdə eşitmə problemli vətəndaşlar üçün məscidlərin minarələrinin xüsusi işıqlandırılması vasitəsi ilə fərz, cümə və bayram azanlarının görüntülü olması təmin ediləcək. Nazir bunun Avropa ölkələrindəki azan qadağasına alternativ təşkil edə biləcəyini deyib.

Qeyd edək ki, nazirliyin hazırladığı layihəyə görə, məscidlərin dəhlizlərində gözdən əlillərin rahat hərəkəti üçün divarlara tutacaqlar bərkidiləcək.