Meşə yanğınlarında ölənlərin sayı 60-a çatıb

mese-yanginlarinda-olenlerin-sayi-60-a-catib
Oxunma sayı: 807

Kaliforniyada yanğın qurbanlarının sayı azı 59 nəfər olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin 56-sı yanğının hələ də davam etdiyi ştatın şimalında qeydə alınıb. 130 nəfərin taleyindən isə xəbər yoxdur. 

“Camp” adlandırılan meşə yanğınları indiyə qədər 55 min hektarı əhatə edib.  Yanğının böyük bir hissəsi əlçatmaz ərazidə yerləşir. 

Ümumilikdə axtarışa 461 nəfər və 22 xüsusi təlim görmüş it cəlb edilib.