Meşəbəyi iş yerində ürəktutmadan öldü

mesebeyi-is-yerinde-urektutmadan-oldu
Oxunma sayı: 1443

Oğuzda meşəbəyi ürəktutmadan dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən axşam saatlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı Departamentinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz Meşəbəyliyinin inzibati binasında baş verib.

Məlumat əsasında Oğuz rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib, xarici müayinədən sonra meyit daxili müayinə üçün ekspertə təqdim olunub. 

Faktla bağlı araşdırma aparılır.