Meşədə - Fotosessiya

mesede-fotosessiya
Oxunma sayı: 763

Özü danışır ki, yağışlı havada bəzən vacib yaradıcılıq işlərini bir kənara qoyub, səs-küydən uzaq gəzintiyə çıxır.

“Yağışdan sonra torpağın qoxusunu çox sevirəm. Bir də payızda xəzan başlayır. Bu insanda bir nisginlik yaradır. Həmin mənzərəni izləyib qəmlənirəm. Həssas insanam. Ağacdan düşən yarpaq belə incidir məni. Amma payızın sonunda olsaq belə, soyuğu məni üşütmür, rahatladır. Şər qarışanda sakit havada gəzmək insanın ruhunu dincəldir” – deyən sənətçi payızın mənzərəsini əks etdirən layihə də düşünüb:

“Novbəti klipimdə payızın əksini göstərmək istəyirəm. Vaxt imkan verərsə, payızın ikinci ongünlüyünə kimi bunu həyata keçirəcəm”.