Məşhur aktrisa Netanyahunu tənqid etdi

meshur-aktrisa-netanyahunu-tenqid-etdi
Oxunma sayı: 1367

Məşhur aktrisa Gal Gadotla İsrailin baş naziri Benyamin Netanyahu arasında qalmaqal yaşanıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Wonder Woman” filmi ilə ulduzu parıldayan Gal dövlət rəsmisinin “Bu ölkə təkcə yəhudilərin ata vətənidir” deməsinə etiraz edib. 

O, 28 minlik instaqram səhifəsində Netanyahunun çıxışı sərt bir şəkildə tənqid edib: “Bu sağçı-solçu, ərəb, yəhudi, dindar olma məsələsi deyil. Dialoq, barış üçün dialoq qurmalı, bir-birimizə qarşı xoş münasibət göstərməliyik. Uşaqlarımız daha yaxşı gələcək qurmaq üçün ümidimizi itirməyək və konfliktləri aydınlaşdırmaq bizi məsuliyyətimizdir”. 

Gadotla daha sonra yəhudilərin müqəddəs kitabı “Tövrat”dan sitat gətirərək “Qonşunu sev” sözlərini qeyd edib.