Məşhur aktrisanı öldürənə 1,5 milyon dollar veriləcək

meshur-aktrisani-oldurene-15-milyon-dollar-verilecek
Oxunma sayı: 13947

Hindistanda “Padmavati” adlı filmin rejissoru Sanjay Leela Bhansali və baş rol ifaçısı olan aktrisa Deepika Padukone ölümlə hədələnib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iqtidardakı Bharatiya Janata Partiyasının Haryana ştatındakı nümayəndəsi Suraj Pal Amu bir mitinqdə onları öldürənə 1,5 milyon dollar mükafat verəcəyini açıqlayıb.

Amu deyib ki, filmin nümayişinə icazə verməyəcək.

Onun bu açıqlamasına görə hələlik rəsmi münasibət bildirilməyib.

Qeyd edək ki, filmdə Dehlinin müsəlman sultanı Ələddin Halaciyə təslim olmayaraq özünü öldürən “Rajput” kraliçasının hekayəsindən bəhs edilir.

Suraj Pal Amu iddia edir ki, rejissor filmi hazırki dövrdə sultan və kraliça arasında romantik münasibət varmış kimi təqdim edib.

Sanjay Leela Bhansali