Məşhur aktrisaya Azərbaycandan 3 milyonluq təklif

meshur-aktrisaya-azerbaycandan-3-milyonluq-teklif
Oxunma sayı: 2710

Türkiyənin ATV kanalında yayımlanan “Bir zamanlar Çukurova” serialının baş qəhrəmanı Hilal Altınbilek Bakıya gələcək. 

“Qafqazinfo” qonşu ölkənin KİV-nə istinadən xəbər verir ki, buna səbəb onun Azərbaycanda fəaliyyət göstərən şirkətlərindən birinin reklam çəklişində iştirak etməsidir. 

Çərəz markası artıq aktrisa ilə razılığa gəlib.  Hilal brendin siması olmağı qarşılığında 3 milyon lirə ( 910 min manat) qonorar alacaq.