Məşhur aktyor ABŞ-da sığınacaq aldı - Kuryer işləyir

Məşhur aktyor ABŞ-da sığınacaq aldı
Oxunma sayı: 2379

Məşhur suriyalı aktyor Cihad Abdo ABŞ-da siyasi sığınacaq alıb.

Qafqazinfo” xarici KİV-nə istinadən xəbər verir ki, 54 yaşlı aktyor Suriyada baş verən vətəndaş müharibəsindən sonra Şamdan Los-Angelesə qaçmaq məcburiyyətində qalıb.

Öz peşəsinə uyğun iş tapmayan Abdo kuryerliklə məşğul olmaq qərarına gəlib, aylıq maaşı 300 dollardır.

O, həyat yoldaşı, insan hüquqları üzrə vəkil Fadia Afashe ilə təzyiqlərə məruz qaldığını söyləyib.

Rejimə etiraz edən Cihad çıxış yolunu ABŞ-a qaçmaqda görüb.

Xatırladaq ki, C. Abdo 43 filmdə rol alıb. Onu Hollivuda 2011-ci ildə çəkildiyi Bab al Hara (Qonşu qapısı) filmi aparıb.







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi