Məşhur aktyor Afrikaya yardım üçün sərgi açdı - Fotolar

meshur-aktyor-afrikaya-yardim-ucun-sergi-acdi
Oxunma sayı: 2660

“Diriliş Ərtoğrul” serialının baş rol ifaçısı Engin Altan Düzyatanın yayda Afrikada çəkdiyi fotolardan ibarət sərgi açılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Sən də şahid ol” adlanan sərgidə ümumilikdə 52 foto nümayiş etdirilir.

Sərginin açılışında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə yanaşı, iş adamları, sənət dünyasının tanınmış simaları və bir çox məşhur aktyor iştirak edib.

Aktyor açılışda deyib ki, sərgidən əldə ediləcək gəlirlə Keniyada susuzluqdan əziyyət çəkən insanlar üçün 10-dan çox quyu tikiləcək:

“Biz öz su qaynaqlarımızı qoruya bilməsək, gələcək nəsillərimiz də susuzluqdan əziyyət çəkəcək. Buna görə də, təbii ehtiyatlarımızı təmiz tutmağa çalışmalı və özümü təbiətlə birgə yaşamağı öyrətməliyik”, - deyə aktyor bildirib.