Məşhur aktyor evlənir - Sevgilisi hamilədir

meshur-aktyor-evlenir
Oxunma sayı: 2866

TV 8-də yayımlanan “Kızım” serialının baş qəhrəmanı Buğra Gülsoy sevgilisi Nilüfer Gürbüzlə evlənir. 

“Qafqazinfo” xəbər verir ki, toy sentyabrın 23-də İstanbulda baş tutacaq. Cütlüyün tez evlənməsinə səbəb Nilüferin iki aylıq hamilə olmasıdır. 

Buğra və Nilüferin nikah şahidləri isə Özge Özpirinçci və Burak Yamantürk olacaq.