Məşhur aktyor homoseksual olduğunu etiraf etdi

meshur-aktyor-homoseksual-oldugunu-etiraf-etdi
Oxunma sayı: 2265

“Oskar” mükafatçısı, amerikalı məşhur aktyor Kevin Speysi homoseksual olduğunu etiraf edib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Hollivud ulduzu həmkarı Entoni Reppin ittihamlarına tvitterdə cavab verib:

“Reppin aktyorluğuna heyranam, hörmətim də var. Onun açıqlamasını eşidəndə şoka düşdüm. 30 il əvvəl  baş verən hadisəni xatırlamıram. Amma onun dediyi kimi baş veribsə, sərxoş olmuşam. Bu davranışlarıma görə ondan üzr istəyirəm.

Entoninin açıqlaması məni cəsarətləndirdi. Özəl həyatımla bağlı çox şayiələr yayılır. Yaxın dostlarım bilir ki, həm qız, həm də oğlanlarla münasibətim olub.  Kişilərlə romantik sevgi yaşamışam, indi də həmcinsimlə sevgiliyəm”. 

Qeyd edək ki, Repp mətbuata açıqlamasında 14 yaşında Kevinin evinə getdiyini, aktyorun onu təcavüz etmək istədiyini bildirmişdi.