Məşhur aktyor karyerasını başa vurdu

meshur-aktyor-karyerasini-basa-vurdu
Oxunma sayı: 1390

Hollivudun məşhur aktyorlarında olan Ceyms Vuds karyerasını başa vurduğunu bildirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, aktyor bundan sonra həyatını səyahətə, foto çəkməyə, qolfa və digər sevimli məşğuliyyətə həsr edəcəyini vurğulayıb.

70 yaşlı Ceyms Vuds 1986-cı ildə “Salvador” filmində ifa etdiyi rola görə “Oskar” mükafatına nominasiya edilib.

O, “Videodrom”, “Kazino”, “Bir dəfə Amerikada”, “Pişik gözü” bir sıra digər filmlərdə baş rolları canlandırıb.