Məşhur aktyor Obamaya dəstək qonaqlığı verir

meshur-aktyor-obamaya-destek-qonaqligi-verir-
Oxunma sayı: 642

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, banket Kaliforniyada, aktyorun yeni villasında baş tutacaq. Mayın 10-da keçiriləcək mərasim ilin əhəmiyyətli hadisəsi hesab edilir. Hər biri 40 min dollardan olan 150 bilet artıq satılıb. Corc Kluni və Barak Obamanın yanında əyləşmək üçün iki yer isə lotereyada uduşa qoyulacaq.

Hesablamalara görə bu banket demokratlara 12 milyon dollardan çox qazanc gətirəcək.