Məşhur aktyor qocalar evində ölü tapıldı

meshur-aktyor-qocalar-evinde-olu-tapildi
Oxunma sayı: 3041

Amerikada fenomenə çevrilən “Frasier” serialının ulduzu, ingilis əsilli aktyor Con Maxoni dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, “Martin Crane” rolu ilə məşhurlaşan 77 yaşlı aktyor Çikaqodakı qocalar evində ölü tapılıb. Onun səhhətində problem olduğu qeyd edilib. 

Xatırladaq ki, aktyor “Tony”, “SAG”, “Emmy” və “Qızıl Qlobus” mükafatlarının sahibi olub. 

Maxoni “Atlantis: The Lost Empire”, “The Iron Giant”, “Antz” kimi bir çox məşhur animasiya filmlərini səsləndirib.