Məşhur aktyor yenə ölkəsini dəyişir

meshur-aktyor-yene-olkesini-deyisir
Oxunma sayı: 2585

Fransalı kino ulduzu Jerard Depardie Rusiyadan Əl-Cəzayirə köçmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə fransız “La Provence” nəşri məlumat yayıb.

Depardie “Yaxın vaxtlarda mən də Erik Kantona kimi Əl-Cəzayirə köçəcəm. Oranı möhtəşəm ölkə olduğu üçün seçdim”,- deyə vurğulayıb.

Aktyor müsahibələrindən birində Əl-Cəzayirdə 50 hektarlıq üzüm bağının olduğunu bildirib.

Qeyd edək ki, Fransada mülk vergisinin artmasından sonra Depardie Belçikaya köçüb. O, 2013-cü ildə Rusiya vətəndaşlığını qəbul edib.