Məşhur aktyordan 4 milyonluq müqavilə

meshur-aktyordan-4-milyonluq-muqavile
Oxunma sayı: 1891

TRT-də yayımlanan “Diriliş Ertuğrul”un qəhrəmanı  Engin Altan Düzyatan bu mövsümün sonunda ssenariyə uyğun olaraq serialdan ayrılır.

“Qafqazinfo” xəbər verir ki, artıq aktyora yeni layihələrlə bağlı təklif irəli sürülüb. O isə bu təkliflərdən faydalanmaq qərarına gəlib və prodakşınların biri ilə aprel ayından etibarən danışıqlara başlayıb. 

Şirkətlə Düzyatan arasında müqavilə imzalanıb və şərtlərə uyğun olaraq aktyora 4 il üçün 4 milyon TL qonorar ayrılıb. 

Bundan başqa, Engin Altan hər bölüm üçün 250 min lirə pul qazanacaq.