Məşhur aktyorla xanımını oteldə döydülər

meshur-aktyorla-xanimini-otelde-doyduler
Oxunma sayı: 2766

Türkiyənin məşhur aktyoru Hakan Yılmaz və xanımı Elif Yılmaz ötən gün üç nəfər tərəfdən hücuma məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, aktyor dostları ilə birgə restorandan əyləndikdən sonra həyat yoldaşı ilə otelə getmək qərarına gəlib. 

Onlar otelə girən zaman yanlarına mühafizəsi ilə Denizhan Vural adlı şəxs və dostu Erdal Gökçe gəlib. Vural,  Hakana “Sən məni tanıyırsan?” deyə sual verib.  Aktyor isə “Bağışlayın, tanıya bilmədim” cavabını deyib. 

Denizhan H. Yılmaza “Sən məni necə tanıya bilməzsən? Səni, arvadını burda məhv edərəm” deyib, aktyor və xanımını 3 nəfər döyüb. 

Dava zamanı Elif Yılmazın başına küt alətlə vurulub, otelin mühafizə xidməti qarşıdurmaya müdaxilə etməyə çalışıb. 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, 3 nəfər saxlanılıb və məşhur sima və arvadı xəstəxanaya aparılıb.

Daha sonra Hakan və Erdal polisə gedərək həmin şəxslərdən şikayətçi olub.