Məşhur aktyorun bacısı qızı Adnan Oktara görə həbs edildi - Fotolar

meshur-aktyorun-bacisi-qizi-adnan-oktara-gore-hebs-edildi
Oxunma sayı: 5384

11 iyulda həbs edilən Yarun Yəhya adı ilə tanınan Adnan Oktarın “müridləri” arasında məşhur aktyor Şənər Şənin bacısı qızı Aslı Süme Efeoğlu da var.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun 24 ildir A.Oktarın yanında olduğu bildirilir.

Oktar başda olmaqla saxlanılanların dindirilməsinə başlanılıb.

Qeyd edək ki, 235 nəfər haqqında həbs qərarı çıxarılsa da, hazırda 187 nəfər saxlanılıb. Onlardan 105-i qadın, 82-si kişidir. Hazırda 48 nəfərin axtarışları davam etdirilir.