Məşhur aktyorun Kürdüstan çıxışı

meshur-aktyorun-kurdustan-cixisi
Oxunma sayı: 660

Türkiyənin tanınmış aktyoru, son illər “Akasya Durağı” serialında taksi sürücüsü Osman obrazı ilə tamaşaçıların rəğbətini qazanan Cezmi Baskın iştirak etdiyi TV proqramında səsləndirdiyi fikirlərlə tamaşaçıları şoka salıb. CNN Türk kanalında Enver Ayseverin “Aykırı sorular” (Zidd suallar) verilişndə iştirak edən Baskın Türkiyənin cənub-şərqinin Kürdüstan olduğunu iddia edib və baş nazir Ərdoğanı səmimiyyətsizlikdə ittiham edib.

“Baş nazirin kürd problemi ilə maraqlanması sadəcə seçkidə səs yığmaq məqsədi daşıyır. Bu səbəblə də onun səmimi olmadığını düşünürəm və onu dəstəkləmirəm. Bu günkü müzakirələr 30 il əvvəl başladılmalı idi. Ərdoğan bu gün problemin həlli istiqamətində müzakirələrə məni çağırsa iştirak etmərəm” – deyə aktyor bildirib.

Cezmi Bakın proqramda bölgənin adının Kürdüstan olduğunu deyib. “Deyilənlər həyata keçirilsə Kürdüstana investisiya qoyuluşu çoxalacaqmı? Diqqət edin, Kürdüstan deyirəm, bu da problem halına gətirilir. O bölgə Kürdüstandır və orda yaşayanlar kürdlərdir”. /anspress/