Məşhur aktyorun yeni filmi - Video

Məşhur aktyorun yeni filmi
Oxunma sayı: 1174

Holliudun maraqla gözlənilən filmlərindən olan "Bright"ın (Parlaq) final treyleri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, ekran işində baş rolu Uill Smit canlandırıb. Filmin hazırlanmasına 90 milyon dollar xərclənib.

Ssenariyə əsasən, hadisələr fantastik dünyada baş verir. Burada insanlar, elflər, orklar və digər canlılarla birlikdə yaşayırlar. Möcüzəvi qılınc tapan polislər onu qorumalı olacaqlar.

Filmin rejissoru Devid Eyeromdur.

Ekran işi dekabrın 22-də tamaşaçılara təqdim olunacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi