Məşhur amerikalı aktyordan Əliyevə məktub

meshur-amerikali-aktyordan-eliyeve-mektub
Oxunma sayı: 2119

Məşhur amerikalı kinoaktyor və rejissor Stiven Siqal prezident İlham Əliyevə təbrik məktubu yollayıb. 

"Qafqazinfo" xəbər verir ki,  təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən prezident seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Siz böyük xalqın həqiqətən dahi liderisiniz. İnanıram ki, Tanrının izni ilə mənə tezliklə sizinlə yenidən görüşmək nəsib olacaq.

Səmimiyyətlə, Stiven Siqal 

Amerika Birləşmiş Ştatlarında Sizin sadiq dostunuz, aktyor və rejissor".