Məşhur aparıcı verilişdən ayrılır

meshur-aparici-verilisden-ayrilir
Oxunma sayı: 2100

“Bəyaz TV”də yayımlanan “Söyləməzsəm olmaz” proqramının aparıcısı Ali Eyüboğlu mövsümün finalında verilişlə vidalaşacaq.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, o, bu barədə İnstaqramdakı hesabında məlumat verib.

Aparıcı qeyd edib ki, 15 iyunda verilişlə vidalaşacaq. O, hər sabahın yeni bir başlanğıc olduyğunu deyib və hər şeyin xeyirlisinin nəsib olmasını arzulayıb.

A.Eyüboğlu başqa kanallardan gələn təklifləri hələlik gözdən keçirmədiyini də açıqlayıb.

Qeyd edək ki, verilişi Bircan Bali, İlkay Buharalı, Ali Eyüboğlu ve Ece Erken birlikdə aparırdı.