Məşhur aparıcıdan irqçi çıxış - Kanaldan qovuldu

meshur-aparicidan-irqci-cixis
Oxunma sayı: 3286

Məşhur aparıcı Meqin Kellinin proqramında söylədiyi fikirlər qalmaqala səbəb olub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, NBC kanalının siması “Halloween” bayramına həsr olunan buraxılışda irqçi çıxışlar edib. 

TV ulduzu ölkə ərazisində yaşayan zənciləri aşağılayıb, onları təhqir edib.  Bundan sonra sosial şəbəkələrdə Kellinə qarşı etirazlar başlayıb. Kanal rəhbərliyi televiziyaya qarşı aparılan kampaniyaları nəzərə alaraq proqramın yayımını dayandırıb, aparıcını kanaldan uzaqlaşdırıb.