Məşhur aparıcının ikinci övladı dünyaya gəldi

Məşhur aparıcının ikinci övladı dünyaya gəldi
Oxunma sayı: 1744

Türkiyəli aparıcı və aktyor Alp Kırşanın və həyat yoldaşı Zeynəb Dörtkardeşler Kırşanın ikinci oğlu doğulub.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, cütlük uşağa Ata adını qoyub.

Alp Kırşan doğuşdan sonra həyhat yoldaşı ilə çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşaraq bu qeydi yazıb:

“Hər şey yolunda getdi. Xoşbəxtik. Qəlbi bizimlə olan hər kəsə təşəkkürlər”.

Qeyd edək ki, 4 ildir evli olan cütlüyün ilk övladı Efe isə 2015-ci ildə dünyaya gəlib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi