Məşhur avtomobilin istehsalı dayandırılır - Səbəbi...

Məşhur avtomobilin istehsalı dayandırılır
Oxunma sayı: 8149

Dünyanın məşhur avtomobil şirkətlərindən olan Yaponiyanın “Mitsubishi” brendi “Pajero” markasının istehsalını dayandıracaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna avtomobilin şirkətin inkişaf konsepsiyasına uyğun olmaması səbəb göstərilir.

Məlumata əsasən, “Mitsubishi” atmosferə ixrac edilən tullantıların miqdarının azaldılmasını dəstəkləyir. Sözügedən markanın isə yanacaq sərfiyyatı miqdarı yüksəkdır və bu şirkəti narahat edir.

Şirkət son 1000 maşını “Final Edition” adı ilə buraxacaq.

“Pajero”nun tam olaraq istehsalının nə vaxt dayandırılacaqğı barədə məlumat verilməyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi