Məşhur biznesmenin şok intiharı

meshur-biznesmenin-sok-intihari
Oxunma sayı: 634

Türkiyənin məşhur iş adamı Mete Mustafa Tiryakioğlu özünü Fatih Sultan Mehmet körpüsündən atıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mete MustafaTiryakioğlunun külli miqdarda borcu olduğu iddia edilir. Borc verənlərin onu sıxışdırması nəticəsində depressiyaya düşən Tiryakioğlunun intihar etməsi iş dünyasında şok təsiri yaradıb.Onun intihardan əvvəl iki məktub yazdığı bildirilir.

Qeyd edək ki, Mete Mustafa Tiryakioğlu Türkiyədə iki şirkətin sahibi, eyni zamanda dünyaca məşhur Hollandiya saat markası TW Steelin Türkiyə və Orta şərq distributoru Forum Saatın da rəhbəri olub.O, bir ilkə imza ataraq Türk model və aktyor (Kvanç Tatlıtuğ) adına, dünya bazarına “Kıvanç Tatlıtuğ Special Edition” saat kolleksiyası təqdim edib.

İş adamının cənazə mərasimində yaxınları ilə bərabər adına saat istehsal etdiyi Kıvanç Tatlıtuğ da iştirak edib.

Kəmalə