Məşhur brendin intiharı təbliğ edən geyimi qalmaqal yaratdı - Video

meshur-brendin-intihari-teblig-eden-geyimi-qalmaqal-yaratdi
Oxunma sayı: 1608

London moda həftəsində məşhur brend “Burberry”nin dəfilədə sərgilədiyi geyim qalmaqala səbəb olub.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, dəfilədə üzərində intihara çağırış elementi olan geyim nümayiş edilib. Liz Kennedi adlı modelin sosial şəbəkədə libasla bağlı “İntihar dəb ola bilməz” paylaşımından sonra mübahisələr başlayıb.

Şirkətin CEO-su Marko Qobbeti brendin intihara çağırış etməsi ilə bağlı ittihamlardan sonra həmin geyimi payız-qış kolleksiyasından çıxardıqlarını bildirib.

“Burberry”nin direktoru Rikardo Tiski isə üzr istəyərək “Bu geyim əslində dənizçilik mövzusundan bəhrələnərək yaradılıb. Ancaq həssas davranmadığımızı başa düşürəm” deyib.