Məşhur brendin reklamında Azərbaycan mahnısı - Video

meshur-brendin-reklaminda-azerbaycan-mahnisi
Oxunma sayı: 8237

Dünyaca məşhur “Fendi” brendinin sonuncu reklam çarxı gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, çarxda musiqi fonunda “Bir gün mənə rəhmin gələcək” mahnı sözləri səsləndirilir. Bu isə azərbaycanlı sosial şəbəkə istifadəçilərini “hərəkətə keçirib”. Brendin reklam çarxı şərh yağmuruna tutulub. 

Qeyd edək ki, “Fendi”nin İnstaqramda 10 milyondan çox izləyicisi var.