Məşhur cizgi filmlərinin yaradıcısı vəfat etdi - Fotolar

Məşhur cizgi filmlərinin yaradıcısı vəfat etdi
Oxunma sayı: 1532

90-cı illərin məşhur Amerika cizgi filmlərinin yaradıcısı, ssenarist Qordon Bressak ABŞ-da dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, o, 68 yaşında Los-Anceles şəhərində vəfat edib.

Bressakın ölüm xəbərini oğlu Ceyms Kallen Bressak sosial şəbəkə hesabında verib. O, atasına onda hekayə və filmlərə yaratdığı sevgiyə görə minnətdarlığını bildirib.

Amerika KİV yazır ki, multiplikator uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Qordon Bressak üç dəfə “Emmi” mükafatına layiq görülüb. O, “Pinki və Breyn”, “Qara Plaş”, “Cimmi Neytronun macəraları”, “Smurfiklər”, “Qüdrətli Maks” və s. məşhur cizgi filmlərinin ssenari müəlliflərindən biri olub.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi