Məşhur cütlük 9 ildən sonra boşandı - Fotolar

meshur-cutluk-9-ilden-sonra-bosandi
Oxunma sayı: 6282

Hollivudun məşhur ailələrindən olan Ceninq Tatum və Cenna Deun-Tatum boşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onlar sosial şəbəkədə paylaşım ediblər:

“Bir-birimizi uzun illər əvvəl sevməyə başlamışıq. Həmin andan birlikdə macəramız başlayıb. Münasibətimizdə heçnə dəyişməyib. Aramızda heç bir mübahisə və ya ciddi hadisə baş verməyib. Sadəcə iki yaxşı dost kimi ayrı yaşamağın vaxtının gəldiyini anladıq”.

Xatırladaq ki, cütlük 2006-cı ildə “Set Up” filminin çəkilişi zamanı tanış olub. 3 ildən sonra isə ailə qurublar. Onların  2013-cü ildə Everli adlı qızları dünyaya gəlib.