Məşhur cütlük boşanır?

meshur-cutluk-bosanir
Oxunma sayı: 660

Evliliklərinin ikinci ilində tez-tez boşanacaqlarına dair xəbərləri yayılan türkiyəli məşhurlar Murat Dalkılıçla Merve Boluğura dair yeni bir iddia ortaya atılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisanın Yeniköydə əri ilə birlikdə yaşadığı evlərindən tək köçərək Etilərdə ayı 10 min TL-yə olan kirayə ev axtardığı bildirilir. 

Qeyd edək ki, cütlük ayrılacaqlarına dair yayılmış xəbərləri təkzib etsə də, onlarla bağlı bu cür dedi-qodular bitmir.