Məşhur cütlük bu evə 3,9 milyon ödədi - Foto

meshur-cutluk-bu-eve-39-milyon-odedi
Oxunma sayı: 642

“Game of Thrones” (“Taxt oyunları”) serialı ilə məşhurlaşan cütlük Kit Herinqton və Rouz Lesli yeni ev alıb.

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, ev İngiltərədə yerləşir. Cütlük yeni ev üçün 1.75 milyon funt-sterlinq (təxminən 3.9 milyon manat) ödəyib.

Mülk ümumilikdə 8 hektar əraziyə sahibdir. Villanın 7 yataq otağı, mətbəxti, hamam otaqları, hovuz, tennis meydançası və kriket meydanı var.

Qeyd edək ki, 30 yaşlı olan sevgililər 2011-ci ildə “Game of Thrones” ("Taxt oyunları") serialının çəkilişləri zamanı tanış olublar.