Məşhur cütlük nikahdan sonra katafalkda gəzintiyə çıxdı - Video

meshur-cutluk-nikahdan-sonra-katafalkda-gezintiye-cixdi
Oxunma sayı: 2134

Rusiyanın tanınmış teleaparıcısı Kseniya Sobçakla rejissor Konstantin Boqomolovun nikahı media gündəminə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, kilsədə bağlanan nikahdan sonra Moskva gəzintisinə çıxan cütlük bunun üçün dəbdəbəli bəzədilmiş və üzərində “Nə qədər ki, ölüm bizi ayırmayıb” yazısı olan katafalkı seçiblər. Dəfn mərasimləri üçün nəzərdə tutulmuş avtomobilin açıq baqajla hərəkət etməsi, üstəlik bəzədilməsi, sürücünün telefonla məşğul olması, maşının dövlət nömrə nişanının olmaması ciddi narazılıq doğurub. Bunun üçün hətta nəqliyyat mütəxəssisləri cərimələrin nəzərdə tutulduğunu bildiriblər.

Qeyd edək ki, videoda Konstantin “Nə üçün katafalk seçdiniz” sualına “Belə daha maraqlı yaşayırıq” cavabını verib.