Məşhur dizayner evində asılmış halda tapıldı - 175-dən çox mağazası var

meshur-dizayner-evinde-asilmis-halda-tapildi
Oxunma sayı: 5495

Dünya şöhrətli amerikalı dizayner Keyt Speydin yaşadığı evdə cəsədi tapılıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, polis 55 yaşlı Speydi Nyu-Yorkdakı mənzilində asılmış vəziyyətdə aşkar edib. Keyt özündən sonra qeyd də qoyub. İstintaq davam etdiyi üçün məktubda yazılanlar açıqlanmır. 

Qeyd edək ki, çanta dizaynı ilə tanınan Keytin ABŞ-da 140, dünyada isə 175-dən çox mağazası var.