Məşhur festivalın gözüyaşlı qonağı... - Fotolar

meshur-festivalin-gozuyasli-qonagi
Oxunma sayı: 729

Bu il keçirilən 70-ci Kann Kinofestivalı unudulmaz anlarla yaddaşlarda qalıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı amerikalı aktrisa Kristen Danst baş rollarını El Fenninq, Nikol kidman və Kollin Farrellə paylaşdığı “The beguiled” filminin göstərişindən öncə qırmızı xalçaya çıxıb və anidən hönkürtü ilə ağlamağa başlayıb. Onun bu vəziyyəti marağa səbəb olub. Həm ssenearist Sofiya Koppola, həm də həmkarları Danstan niyə ağladığını soruşsalar da, o, danışa bilməyib. 

Bu günə qədər Kann daxil olmaqla bir çox festivalda mükafat qazanan və bir çox mükafata namizəd göstərilən aktrisanın göz yaşlarına hakim ola bilməməyinin səbəb sonradan məlum olub. O, qırmızı xalçaya çıxar-çıxmaz ətrafdakı fotojurnalistlərin və fanatlarının ona olan böyük sevgisi və marağından təsirlənərək, yəni xoşbəxtlik və həyəcandan ağlayıb.