Məşhur filmdən ilk treyler - Video

meshur-filmden-ilk-treyler
Oxunma sayı: 661

Hollivudun maraqla gözlənilən filmlərindən olan “Kingsman: The Golden Circle”nin (“Kinqsman: Qızıl dairə”) ilk treyleri yayımlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, filmdə baş rolları Taron Egerton, Channing Tatum, Halle Berry, Julianne Moore, Jeff Bridges, Mark Strong, Colin Firth və digərləri canlandırıblar. Ekran işinin rejisssoru isə Metyu Vauqndır.

Ssenariyə əsasən, Kingsman adlı gizli təşkilatın baş qərargahı partladılandan sonra britaniyalı casuslar yeni məlumatlar aşkar edirlər. Belə ki, Kingsman ilə eyni gündə ABŞ-ın gizli təşkilatı olan Statesman yaradılıb. Hər iki təşkilat birlikdə düşmənlərlə mübarizə aparmaq qərarına gəlir.

Filminin premyerası sentyabrda baş tutacaq.