Məşhur filmdən ilk treyler - Video

Məşhur filmdən ilk treyler
Oxunma sayı: 1347

Hollivudun maraqla gözlənilən filmlərindən olan “Tomb Raider” filminin ilk treyleri yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, filmdə baş rolları Alisia Vikander, Ualton Qoqqins, Hannah Con-Kamen, Daniel Vu, Dominik Vest və digərləri canlandırıblar. Ekran işinin rejissoru isə Roar Uathunqdur.

Ssenariyə əsasən atasının illər öncə başlatdığı arxeoloji tədqiqatları bitirmək və antik sirləri açmaq üçün Lara Croft özünün ilk ekspedisiyasına yollanır. Gizli təriqətin idarəetməsi altında olan adada Croft öz bacarıqlarından istifadə edərək sağ qalmaq uğrunda mübarizə aparır.

“Tomb Raider” filminin premyerası 2018-ci ilin mart ayına planlaşdırılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi