Məşhur filmdən ilk treylər - Video

meshur-filmden-ilk-treyler
Oxunma sayı: 1559

Hollivudun maraqla gözlədiyi “Avengers: Infinity War” filminin ilk treyleri yayılıb.0

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, filmin rejissorları Anthony Russo və Joe Russodur. Ekran işində baş rolları Robert Downer Jr, Chris Evans, Chris Hemsworth, Tom Hiddleston, Chris Pratt, Benedict Cumberbatch, Tom Holland, Mark Ruffalo, Jeremy Renner, Sebastian Stan, Josh Brolin, Dave Bautista, Paul Rudd, Tessa Thompson, Scarlett Johansson, Elizabeth Olsen, Zoe Saldana və digərləri canlandırıblar.

Ssenariyə əsasən “Avengers” komandası və onun müttəfiqləri Yer kürəsini yeni böyük təhlükə ilə üz-üzə qalırlar. Qalaktik tiran olan Thanos reallığı istəyə görə dəyişə bilən bütün Sonsuzluq Daşlarını yığmaq niyyətindədir. “Avengers” komandası yenidən şərə qarşı mübarizə aparmalı olacaq.

Qeyd edək ki, “Avengers: Infinity War” filminin premyerası gələn ilin may baş tutacaq.