Məşhur filmdən son treyler - Video

meshur-filmden-son-treyler
Oxunma sayı: 770

Hollivudun maraqla gözlənilən filmlərindən olan “War for the Planet of the Apes”in ("Meymunlar Planeti uğrunda müharibə") son treyleri yayımlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, filmdə baş rolları Vudi Harrelson, Andi Serkis, Cudi Grir, Stiv Zahn və digərləri canlandırıblar. Ekran işinin rejisssoru isə Mett Rivsdir.

Ssenariyə əsasən, insanlarla meymunları yeni qarşıdurma gözləyir. Öz yaxınlarının itkisindən sonra meymunların başçısı olan Sezar artıq bu müharibəni şəxsi öhdəliyinə götürərək qisas almağı düşünür. Sonda isə o və polkovnik amansız döyüş Yer kürəsində insanların və ya meymunların hakimlik etməsini müəyyənləşdirsin.

“War for the Planet of the Apes” filminin premyerası iyulun 14-də baş tutacaq.