Məşhur filmdən yeni treyler - Video

meshur-filmden-yeni-treyler
Oxunma sayı: 1852

Hollivudun maraqla gözlənilən filmlərindən olan “Black Panther”in (“Qara Pantera”) yeni treyleri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, filmdə baş rolları Çadvik Boseman, Andi Serkis, Mixael B. Cordan, Martin Friman, Forest Uaitaker və digərləri canlandırıblar. Ekran işinin rejissoru isə Ryan Kuqlerdir.

Filmdə hadisələr Afrikada Vakandada dəyərli vibranium metalının yataqları var. Dəfələrlə bu əraziyə bədbəxt hadisələr gəlib. Lakin hər dəfə “Black Panther” bu hadisələrin qarşısını alıb. Bu dəfə isə düşmən yeni texnologiyalarla silahlanıb və Vakandanın gənc şahzadəsi yenidən öz doğma evini qorumağa çalışacaq.

 “Black Panther” filminin premyerası 2018-ci ilin fevralına planlaşdırılıb.